“Bank Nikoil” Forex bazarına daxil olub - FOTO

“Bank Nikoil” Forex bazarına daxil olub - <span style="color: red;">FOTO
# 05 may 2015 06:54 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin mayın 1-dən etibarən “Bank Nikoil”in məhsul siyahısına daha yenisi əlavə olunub – “Nikoil | Forex”.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Nikoil | Forex”, bankın elektron sistemi olan “Nikoil | Trader”in köməyi ilə beynəlxalq maliyyə bazarına çıxış və eyni zamanda ticarət əməliyyatları aparmağa imkan yaradır. “Nikoil | Trader” proqram təminatı “MetaQuotes Software” Korporasiyasının “MetaTrader4” sistemi əsasında hazırlanıb. Bu şirkət sadə interfeys və güclü texnoloji həlləri ilə digərlərindən fərqlənir.

Məhsul, valyuta risklərinin sığortalanması üçün eyni zamanda həm qısamüddətli spekulyativ əməliyyatlar, həm də uzunmüddətli əməliyyatlar həyata keçirən investorlar üçün nəzərdə tutulub.

Bütün əməliyyatlar onlayn, İnternet vasitəsilə aparılır.

İnvestorlara valyuta cütlükləri, qiymətli daşlar (qızıl və gümüş) və eyni zamanda neft brendli Brent və WTI-ın CFD-si (müxtəliflik üçün müqavilələr) və dünyanın öndə gedən fond birjalarının indekslərini də daxil etməklə yüzlərlə ticarət alətləri təqdim olunur.

Platformanın pulsuz demo versiyası ticarət strategiyalarını test etmək üçün, həqiqi versiya isə real ticarət üçün nəzərdə tutulub. Eyni zamanda məhsulun bütün üstünlüklərindən rahat şəkildə istifadə edə bilmək üçün pulsuz mobil versiya da təqdim olunub. Proqram bütün mobil avadanlıqlarda və tabletlərdə rahat şəkildə istifadə olunur.

Sifarişlərin dərhal icrası, rəqabətə davamlı yayımlar, əmsalın 500:1-ə qədər təqdim olunması imkanı, faizlərin hesablanması ilə olan SVOP-lar və ya faizsiz hesablar, mövqenin sığortalanması imkanı, 24 saat dəstək “Nikoil | Forex”in əsas üstünlüklərindəndir.

Məhsula məxsus xüsusi dizaynda yaradılmış forex.nikoil.az rəsmi səhifəsində, “Nikoil | Forex”lə bağlı bütün məlumatlar, ticarət platformasının bütün versiyalarını yükləmək üçün ətraflı yollar və real zamanda iqtisadi xəbərlərlə tanış ola biləcəksiniz.

Bundan başqa, müştərilərə bazarın ümumi görünüşü, əksər ticari alətlər tərəfindən aparılan texniki və fundamental analiz təqdim olunacaq.

Beynəlxalq maliyyə bazarına investisiya qoyuluşu etmək istəyənlər, Üzeyir Hacıbəyov küçəsi 27, Bakı, AZ1000 ünvanında yerləşən, Bankın Broker xidmətləri üzrə bölməsinə müraciət edə bilərlər.

Tezliklə, “Nikoil | Forex” təkcə Bakıda deyil, Respublikanın regionlarında da yerləşən Bankın 21 satış nöqtələrində fəaliyyət göstərəcək.

“Nikoil | Forex”, xüsusi aksiyalar və kampaniyalarla bağlı bütün məlumatlar üçün (012) 981 (5555) qısa nömrəsinə zəng edə, [email protected] mail adresinə yaza və ya sadəcə forex.nikoil.az rəsmi səhifəsini ziyarət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR