Bakıda Polyak Musiqisi Günləri keçiriləcək

Bakıda Polyak Musiqisi Günləri keçiriləcək
# 05 noyabr 2014 08:13 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bakıda Polyak Musiqisi Günləri keçiriləcək.

Polşanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Polşanın Azərbaycandakı səfirliyi və “PianoClassic” Bədii Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq.

Polyak Musiqisi Günləri çərçivəsində Polşa Respublikasının 11 noyabr müstəqillik gününə həsr olunmuş konsert təşkil olunacaq. Konsertdə F. Şopen, İ.Y.Paderevski və Y. Beletskinin əsərləri səslənəcək. Konsertdə tanınmış polyak piano ifaçısı Marian Sobula çıxış edəcək.

Konsert noyabrın 12-də saat 18:30-da R.Behbudov adına Mahnı Teatrında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR