Hüquq müdafiəçisi: "Həbsdə olanlara İşçi Qrupunun müdafiəsindən imtina ərizəsi yazdırmaq əxlaqsızlıqdır"

Hüquq müdafiəçisi: "Həbsdə olanlara İşçi Qrupunun müdafiəsindən imtina ərizəsi yazdırmaq əxlaqsızlıqdır"
# 31 oktyabr 2014 10:56 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, İşçi Qrupun bərpasını dəstəkləyir: “2005-ci ildəki təcrübədən çıxış edərək İşçi Qrupuna münasibətin daha da aqressiv olacağını gözləyirdik. Bunun səbəbi odur ki, kimlərəsə siyahının başında çox məşhur adamlar lazımdır və bəzək yaradan insanların azadlıqda olması məqsədəuyğun deyil. Amma bu bizim üçün belə deyil, biz hesab edirik ki, belə siyahılar, ümumiyyətlə, olmamalıdır”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə bildirib ki, həbsdə olan İntiqam Əliyev və Rəsul Cəfərovun da onların sıralarında olmalarını arzu edirlər: “Çalışacağıq ki, onlar azadlığa çıxanda bizim sıralarımızda olsunlar. Təxribat törətmək istəyənlərə çağırış edirəm ki, üç ay işləyib, müəyyən addımlar atmağımıza imkan versinlər, sonra istədiklərini deyərlər. Biz hər zaman Prezident Aparatı ilə, prokurorluqla görüşlər keçirmişik və müsbət nəticələr əldə etmişik".

Hüquq müdafiəçisi deyib ki, bəzi media nümayəndələri, özlərini hüquq müdafiəçisi adlandıranlar həbsdə olan bir sıra şəxslərə İşçi Qrupunun müdafiəsindən imtina ilə bağlı ərizələr yazdırılır: "Həbsdə olanlara bizim onları müdafiə etməməyimizlə bağlı ərizə yazdırmaq əxlaqsızlıqdır”.

Hüquq müdafiəçisi Səidə Qocamanlı da N. Cəfəroğlunun fikirlərini dəstəkləyib: "İşçi Qrupun üzvlərinin müdafiəsindən imtina edirlər, amma prezidentə müraciət edirlər. O ərizə yazanların yaxınları bizə başqa sözlər deyirlər. Noyabrın ortalarında bizim növbəti iclasımız olacaq, həmin iclasa hazırlaşırıq. Ümid edirik ki, bizim siyahımızda olanlar tezliklə azadlığa çıxacaqlar. İşçi qrupda iki tərəf yox, üç tərəf var. Orada Avropa Şurasının nümayəndəsi də əyləşir”.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, İşçi Qrupu münasibətlərin normallaşması üçün çalışır: "Amma vəziyyətin daha da gərginləşməsini istəyənlər var. Bəziləri insan hüquqlarına biznes kimi baxırlar. Ona görə də Xədicə İsmayıl və digərləri bu dialoqa qarşıdırlar. Onlar vəziyyəti daha da gərginləşdirmək istəyirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR