Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru ilə görüşüb

Firudin Nəbiyev Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru ilə görüşüb
# 04 sentyabr 2015 07:46 (UTC +04:00)

Xidmətin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüş zamanı Xidmət rəisi F.Nəbiyev Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib.

Xidmət rəisi ölkənin ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi miqrasiya problemləri, problemlərin yaranma səbəbləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş işğal faktı, bunun nəticəsində də 1 milyondan artıq insanın 20 ildən çox müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını qonaqların diqqətinə çatdırıb.

O bildirib ki, son Azərbaycanın sürətli inkişafı əcnəbilərin respublikamıza marağını artırıb. F.Nəbiyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Xidmətin fəaliyyət istiqamətləri, görülmüş işlər barədə geniş söhbət açıb.

Miqrasiya Məcəlləsinin qəbulundan, Məcəlləyə son illər edilmiş əlavə və dəyişikliklərdən bəhs edən Xidmət rəisi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrinə də diqqət çəkib. Beynəlxalq Miqrasiya Təşkilatı, eləcə də təşkilatın Azərbaycan nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb.

U.Svinq Azərbaycanda yaradılmış miqrasiya idarəçiliyi modelini çox bəyəndiyini və onun digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. O, Azərbaycanın tolerant ölkə olmasını vurğulayaraq, əcnəbilərin hüquqlarının qorunması sahəsində görülən işlərin təqdirəlayiq olmasını diqqətə çatdırıb. Qonaq readmissiya sahəsində, xüsusilə də üçüncü ölkələrlə readmissiya sazişlərinin imzalanmasında Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycana hər zaman dəstək verə biləcəyini bildirib. O, könüllü qayıdışla bağlı layihənin icrasına yaxın zamanlarda başlanacağını qeyd edərək, bu sahədə də ölkəmizə köməklik etməyə hazır olduqlarını nəzərə çatdırıb. U.Svinq münaqişə nəticəsində öz vətənlərini tərk etməyə məcbur olmuş və hazırda xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarına BMqT tərəfindən daim yardım göstərildiyini bildirib. O, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi və gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Səfər zamanı qonaqlar Xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara Mərkəzdəki mövcud şərait haqqında ətraflı məlumat verilib. Svinq orada yerləşdirilən əcnəbilərlə söhbət edib. Söhbət zamanı əcnəbilər Xidmət tərəfindən gün ərzində 3 dəfə pulsuz qidalandıqlarını, geri qaytarılmamaq şərti ilə ehtiyacları olan geyim və lazımi əşyalarla təmin olunduqlarını, həmçinin onlara diqqət və qayğı ilə yanaşıldığını bildiriblər. Svinq Mərkəzin beynəlxalq standartlara cavab verdiyini qeyd edərək Azərbaycan dövlətinin miqrasiya sahəsinə xüsusi diqqət ayırmasından, Xidmətdə yaradılmış şəraitdən, əməkdaşların peşəkarlığından məmnunluğunu ifadə edib. O, Azərbaycan təcrübəsinin digər dövlətlərin aidiyyəti qurumlarına nümunə olduğunu və öyrənilməsini tövsiyə edib.

Qeyd edək ki, səfərin məqsədi miqrasiyanın idarə edilməsi sahəsində Azərbaycanda əldə edilmiş tərəqqi və bu xüsusda hökumətin səyləri ilə tanış olmaq, eləcə də Azərbaycan və BMqT arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələrin aparılması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR