Azərbaycan prezidenti Qətər əmirini təbrik edib

Azərbaycan prezidenti Qətər əmirini təbrik edib
# 17 dekabr 2014 15:40 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin əmiri şeyx Təmim bin Həməd Al Tanini ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, Qətər Dövlətinin Milli günü münasibətilə sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Əminəm ki, Azərbaycan-Qətər dostluğu və əməkdaşlığının inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR