Gülağa Aslanlı: “Başqa partiyalar təklikdə Müsavatdan yaxşı mitinq keçirə bilirlərsə, keçirsinlər”

Gülağa Aslanlı: “Başqa partiyalar təklikdə Müsavatdan yaxşı mitinq keçirə bilirlərsə, keçirsinlər”
# 17 dekabr 2014 10:52 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Müsavat başqanının müavini, partiyanın Məclis üzvü Gülağa Aslanlı deyib. O bildirib ki, Məclis sədrliyinə namizədliklər rəsmi şəkildə irəli sürüldükdən sonra bu barədə məlumat veriləcək.

G. Aslanlı partiyanın dekabrın 14-də keçirdiyi mitinqlə bağlı AXCP funksionerlərinin iradlarına da münasibətini açıqlayıb: “Kimin nə deməsindən asılı olmayaraq Müsavat Partiyası düz bildiyi işləri həyata keçirir. Müsavat Partiyası ölkədə tamamilə susqunluq olan dövrdə - 2011-ci il martın 12-də mitinq keçirdikdən sonra ölkədə siyasi temperaturun artdığının şahidi olduq. Dekabrın 14-də də təkbaşına belə bir mitinq keçirdik. Əgər başqa partiyaların təklikdə bundan yaxşı mitinq keçirmək təcrübələri varsa və bizə göstərə bilərlərsə, onda biz aparılan müqayisənin nə dərəcədə doğru olduğunu söyləyə bilərik. Kimin nə deməsindən asılı olmayaraq, mitinqimiz öz məqsədinə çatmış oldu”.

Qeyd edək ki, Müsavat Məclisinə sədr seçkisi dekabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR