Coğrafiya İnstitutu: Kür və Araz çaylarının suyundan istifadə tənzimlənməsə, Azərbaycanın vəziyyəti gərginləşə bilər

Coğrafiya İnstitutu: Kür və Araz çaylarının suyundan istifadə tənzimlənməsə, Azərbaycanın vəziyyəti gərginləşə bilər
# 11 avqust 2015 11:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Kür və Araz çaylarının yuxarı hövzələrində yerləşən dövlətlər - Türkiyə, Gürcüstan və Ermənistan Helsinki konvensiyasını imzalamayıb. Bircə Azərbaycan bu konvensiyaya qol çəkib. Burada suların inteqrasiyalı idarə olunması məsələsi var ki, yuxarı hövzədə yerləşən ölkələr Kür və Araz çaylarının suyundan istədikləri qədər istifadə edə bilməz. Bu ölkələr Kür və Araz çaylarının suyundan istifadəni tənzimləməsə, Azərbaycanın vəziyyəti gərginləşə bilər”.

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Məhəmməd Abduyev deyib.

M. Abduyev sözlərinə görə, bu üç ölkənin Kür və Araz çaylarının suyundan kor-təbii şəkildə istifadə etməsi Azərbaycanın ən böyük hidrotexniki qurğusu olan Mingəçevir su anbarının doldurulmasına problem yarada bilər: “Kürdə su axını azalsa, Mingəçevir su anbarının bütövlükdə su ilə doldurulması prosesi zəifləyəcək. Su anbarı da dolmayacağı təqdirdə ordan əldə edilən enerji azalacaq. Habelə, Qarabağ, Yuxarı Şirvan kanalına da suyun çıxması çətinləşəcək. İstər-istəməz bu, aşağı axında da özünü göstərəcək. Salyan, Sabirabad, Neftçala ərazisindəki qəsəbə və kəndlərin suvarılması Kür suyu hesabına aparılır. Kürdə səviyyə aşağı düşəcəksə, həmin ərazilərdə suyun çıxması da zəifləyəcək”.

M. Abduyev qeyd edib ki, su kanallarına suyun vurulması üçün əlavə enerji lazım olacaq: “Həmin kanallara su vurulması üçün motor lazım olacaq. Motor qoymaq üçün də əlavə enerji lazımdır. İkinci növbədə gərək çayın özündə də su olsun. Çayda su yoxdursa, motor yerləşdirməyin də faydası olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR