Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib

Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib
# 26 iyun 2015 14:21 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

APA-nın nazirliyin saytına istinadən məlumatına görə, həmin şəxs xilasediciləri tərəfindən xilas edilib.

Bakı şəhəri, Qaradağ rayonunda da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşdiyi barədə məlumat daxil olub. Həmin şəxs də xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR