Azərbaycan prezidenti türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan prezidenti türkiyəli həmkarı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 09 iyul 2016 16:35 (UTC +04:00)

Bakı - APA. NATO-nun Varşava sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.


APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar müzakirə olunub.

Azərbaycan prezidenti Dalıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər barədə həmkarına məlumat verib, son danışıqlarda müsbət irəliləyişlərə nail olunduğunu nəzərə çatdırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladan İlham Əliyev bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR