Azərbaycanda at cinsləri yetişdirilən təsərrüfatlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib

Azərbaycanda at cinsləri yetişdirilən təsərrüfatlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib
# 01 may 2015 08:15 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda at cinslərinin yetişdirilməsi ilə məşğul olan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfat hesablı müəssisələrin statusu dəyişdirilib.

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Ağdam rayonundakı “Atçılıq zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, “Ağdam atçılıq təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.

Eyni zamanda Ağstafa rayonundakı “Ağstafa atçılıq zavodu” “Dilbaz” atçılıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birləşdirilərək, “Dilbaz” atçılıq təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR