Bank Of Baku

Nazir müavini: “Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”

Nazir müavini: “Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”
# 08 may 2018 10:57 (UTC +04:00)

“Azərbaycan 2019-cu ildə də Gürcüstanın əsas təbii qaz tədarükçüsü olacaq”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Romeo Mikautadze deyib.

 

Nazir müavini bildirib ki, 2019-cu ildə Azərbaycan Gürcüstanın təbii qaza olan ehtiyacını tam ödəyə biləcək.

 

Qeyd edək ki, bu il Gürcüstan Rusiyadan qaz tədarükündən imtina edib. Gürcüstanın cari il üçün proqnozlaşdırılmış qaz tədarükü 2,689 milyard kubmetr təşkil edir. Həcmin  99,65%-ni Azərbaycanın payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR