Gəncədə maşın 6 yaşlı uşağı vuraraq öldürüb

Gəncədə maşın 6 yaşlı uşağı vuraraq öldürüb
# 16 iyul 2014 17:18 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 6 yaşlı uşağın ölümü ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında şəhərin Nəriman Nərimanov prospektində baş verib. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Fərman Abdullayev “VAZ 2107” markalı avtomobillə prospektlə hərəkətdə olarkən, qəfildən yola qaçan 2008-ci il təvəllüdlü Şəmil Rəşad oğlu Həsənovu vurub. Uşaq dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da orada dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR