MSK Müsavat başqanının müavininin müraciətinə baxıb

MSK Müsavat başqanının müavininin müraciətinə baxıb
# 18 sentyabr 2015 14:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının iclasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının müraciəti müzakirəyə çıxarılıb.


APA-nın məlumatına görə, müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

S. Soltanlı müraciətində deputatlığa namizədliyinin irəli sürüldüyü 50 saylı Abşeron-Qobustan Seçki Dairəsində imza toplanması zamanı təzyiqlərlə üzləşdiyini bildirib.

MSK sədri Məzahir Pənahov qanunvericiliyin tələbinə uyğun olaraq müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalı olduğunu bildirib. Məsələ səsverməyə çıxarılıb və S. Soltanlının müraciətinin aidiyyəti üzrə baxılması üçün 50 saylı Abşeron-Qobustan Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR