İstanbulda istirahətə gələn 2 Ukrayna vətəndaşını oğurlayaraq qarşılığında pul tələb edən azərbaycanlı saxlanılıb

 İstanbulda istirahətə gələn 2 Ukrayna vətəndaşını oğurlayaraq qarşılığında pul tələb edən azərbaycanlı saxlanılıb
# 22 sentyabr 2015 12:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. İstanbulda istirahətə gələn 2 Ukrayna vətəndaşını oğurlayaraq qarşılığında pul tələb edən azərbaycanlı saxlanılıb. APA-nın “Hürriyət”ə istinadən verdiyi məlumata görə, azərbaycanlı 23 və 45 yaşlı iki ukraynalı şəxsi qaçıraraq ailəsindən 150 min dollar tələb edib. Bunla bağlı oğurlanan şəxsin yaxınları Ukraynanın İstanbuldakı baş konsulluğuna müraciət ediblər. Nümayəndəlik isə öz növbəsində hadisə ilə bağlı İstanbul polis idarəsini məlumatlandırıb. Həmin şəxsin tutulması istiqamətində əməliyyat başlayıb. 23 yaşlı oğlanın anası Lyudmila azərbaycanlı 46 yaşlı Ənvər S. adlı şəxsi razılaşmaq üçün qaldığı otelin foyesinə dəvət edib. Qadın saxlanılan şəxslərin qarşılığında ona avtomobilini təklif edib. Azərbaycanlı ondan aldığı avtomobillə qaçmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Üzərindən saxta pasport çıxıb. Onun oğurladığı 2 Ukrayna vətəndaşının olduğu ünvana edilən basqın zaman hər iki şəxs xilas edilib. Evdə aparılan axtarış zamanı avtomat tüfəng və çox sayda mərmi, saxta pasportlar və 9 min 600 dollar aşkar edilib.

Daha sonra işi prokurorluğa göndərilən azərbaycanlı həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR