Serj Sarkisyanın andiçmə mərasimi keçirilib

Serj Sarkisyanın andiçmə mərasimi keçirilib
# 09 aprel 2013 10:27 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimi keçirilib. APA-nın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Karen Dəmirçyan idman-konsert kompleksində keçirilən mərasimdə S. Sarkisyan çoxsaylı xarici qonaqlar və deputatlar qarşısında ölkə Konstitusiyası və “İncil” üzərinə əl basaraq növbəti beş il müddətində Konstitusiyanın bütün müddəalarını yerinə yetirməyə, insan və vətəndaş haqlarına hörmətlə yanaşmağa, xalqa xidmət etməyə və Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməyə söz verib.

Ermənilərin katolikosu II Qaregin S. Sarkisyana xeyir-dua verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR