Tovuzda gənc qızın zorlanması faktı ilə bağlı üç nəfər həbs edilib - VİDEO

Tovuzda gənc qızın zorlanması faktı ilə bağlı üç nəfər həbs edilib - <span style="color: red;">VİDEO
# 03 aprel 2015 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Tovuz rayonunda gənc qızın zorlanması faktı ilə bağlı üç nəfər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

E. Sultanov həmçinin bəzi kütləvi informasiya vasitələrində Tovuz rayonunun Əyyublu kənd sakini Sənubər Nəcəfovanın (ad və soyad şərtidir) həmkəndliləri tərəfindən zorlanması faktı ilə bağlı Tovuz rayon Polis Şöbəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilməməsi barədə yayılan informasiyaları isə təkzib edib: "Kütləvi informasiya vasitələrinin nümayəndələrinə bir daha xəbərdarlıq edirik ki, cinayət işləri üzrə ibtidai araşdırma məlumatlarınının yayılmasına cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yalnız müstəntiqin, təhqiqatçının, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR