Paşha Bank
Bank Of Baku

Bu ilin on ayında icbari tibbi sığorta ilə pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib

Bu ilin on ayında icbari tibbi sığorta ilə pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib
# 24 noyabr 2026 11:32 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında icbari tibbi sığorta ilə dövlət tibb müəssisələrində pasiyentlərə 84 milyon tibbi xidmət göstərilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, bu xidmətlərin 88 faizini ambulator, 12 faizini stasionar xidmətlər təşkil edib.

Bildirilib ki, dövlət tibb müəssisələrinə 10 ayda 5 milyondan çox şəxs 22 milyon müraciət edib. Onlardan 1,5 milyondan çoxu uşaqlar olub.

"Bu ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə pasiyentlərin sayı 3,2 faiz, müraciətlərin sayı 6,7 faiz, göstərilən tibbi xidmətlərin sayı 6,7 faiz artıb", - məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR