Türkiyədəki Azərbaycan dərnəyi qurultay keçirib

Türkiyədəki Azərbaycan dərnəyi qurultay keçirib
# 21 oktyabr 2014 10:30 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbul Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) II qurultayını keçirib. APA-nın Türkiyə bürosunun məlumatına görə, qurultayda çıxış edən başqan Səfər Qaraqoyunlu hesabat dövründə İSTAD-ın Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin dərinləşdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.

S. Qaraqoyunlu Xocalı soyqırımının ildönümü münasibətilə keçirdikləri tədbirlərin Türkiyə ictimaiyyətini bilgiləndirmək nöqteyi-nəzərindən getdikcə daha çox önəm qazandığını vurğulayıb: “Buradan elan edirəm ki, heç vaxt, heç yerdə Azərbaycanın əleyhinə heç bir addımın atılması cəhdinə imkan verməyəcəyik. Azərbaycanın müstəqillik günlərini Qarabağda qeyd edəcəyimiz vaxtın uzaqda olmadığına inanıram”.

Qurultayda çıxış edən Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Kənan Murtuzov Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə dərinləşdirilməsi üçün QHT-lərin rolunun önəmindən bəhs edərək İSTAD-ın bundan sonrakı dönəmdə də öz missiyasını layiqincə yerinə yetirəcəyinə inandığını bildirib.

Məruzə və çıxışların bitməsindən sonra keçirilən səsvermədə Səfər Qaraqoyunlu yenidən İSTAD-ın başqanı seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR