Azərbaycanda bankomatlardan oğurluq edən Hindistan vətəndaşlarının şikayəti təmin edilməyib

Azərbaycanda bankomatlardan oğurluq edən Hindistan vətəndaşlarının şikayəti təmin edilməyib
# 21 oktyabr 2014 11:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində bankomatlardan pul oğurlamaqda təqsirləndirilən Hindistan vətəndaşlarının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, həmin şəxslər bankomatlardan pul oğurlamaqda təqsirləndirilirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadarjah Tanikamalam 8 il, Raqul Kişor 9 il, Arulkumaran Paramisanqam isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR