"Azərbaycan hər il 15 mln. dollar dəyərində balıq idxal edir".
"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun cari ilin birinci rübündə fəaliyyəti barədə məlumat verərkən bildirib.
Ş.Abdullayevin sözlərinə görə, Azərbaycanda balıqçılığın inkişafı məqsədilə Şəmkirdə balıq istehsalı zavodu yaradılır.
"Dövlət tərəfindən bu zavoda 1,5 milyon manat kredit verilib. Zavodun balıq əti istehsalı gücü 3 min tondur. Gələcəkdə bu tipli zavodun Bərdə, Mingəçevirdə də tikilməsi gözlənilir", - deyə Ş.Abdullayev əlavə edib.