Şəmkirdə 46 yaşlı kişi su quyusuna düşərək ölüb - VİDEO

Şəmkirdə 46 yaşlı kişi su quyusuna düşərək ölüb - <span style="color: red;">VİDEO
# 01 noyabr 2014 19:56 (UTC +04:00)

Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Çinarlı kəndində baş verib. Kənd sakini Vidadi Bayramovun həyətində quyu təmizləməyə gedən Samux rayon Alabaşlı kənd sakini, 46 yaşlı Zirəddin İsmayılov kəndirin qırılması nəticəsində 30 metrlik quyuya düşüb. Xəsarət alan Z. İsmayılov hadisə yerində dünyasını dəyişib. Şəmkir rayon Dövlət Yanğından Mühafizə hissəsinin xilasediciləri meyiti quyudan çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR