Bank Of Baku

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

FHN-in nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər
# 08 sentyabr 2026 09:53 (UTC +04:00)

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin təşəbbüsü ilə 3-5 sentyabr 2026-cı il tarixlərində Rusiyanın Kazan şəhərində “Kompleks təhlükəsizlik - 2026” XVI Beynəlxalq Sərgi keçirilib.

Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini Turan Əliyev iştirak ediblər.

Sərgidə nümayiş edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi üzrə ən müasir texnika və avadanlıqlarla yaxından tanış olan FHN-in nümayəndələri tədbir çərçivəsində bir sıra ölkələrin fövqəladə hallar üzrə qurumlarının müvafiq vəzifəli şəxsləri ilə görüşlər keçirib, fəaliyyət istiqamətlərinə uyğun fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR