Elşad Həsənovun seçicilərlə görüşləri davam edir - FOTOSESSİYA

Elşad Həsənovun seçicilərlə görüşləri davam edir - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 11:40 (UTC +04:00)

Bakı-APA. 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd Elşad Həsənovun seçkiqabağı təşviqat kampaniyası davam edir. Elşad Həsənovun Seçki Qərargahından APA-ya verilən məlumata görə, seçicilərin böyük maraq göstərdiyi görüşlərdə bu ərazidə yaşayan ağsaqqallar, ziyalılar, tanınmış şəxslər iştirak ediblər.

Görüşlərdə çıxış edən namizədin vəkilləri Elşad Həsənovun Yasamal rayonu ərazisində doğulub boya-başa çatdığını, ərazidə yaşayan insanların əksəriyyəti tərəfindən tanındığını vurğulayıblar. Elşad Həsənov millətini sevən, dövlətçiliyə sadiq insan kimi xarakterizə olunub.

Görüşlərdə çıxış edən Elşad Həsənov ona dəstək verdiklərinə görə bütün seçicilərə təşəkkürünü bildirib. O, bu ərazidə böyüdüyündən problemlərdən xəbərdar olduğunu, rayonun inkişafını sürətləndirmək üçün layihələrin həyata keçirilməsinin vacib olduğunu qeyd edib. Elşad Həsənov vurğulayıb ki, Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizin inkişafı üçün yürütdüyü siyasətə hər bir şəxs, o cümlədən millət vəkilləri hər cür dəstək verməlidirlər: "Mən inanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında və onun apardığı siyasətin nəticəsində biz daha böyük nailiyyətlər əldə edəcəyik".

Görüşdə çıxış edən seçicilər fikirlərini bildirib, təkliflər irəli sürüblər. Onlar hamılıqla noyabrın 1-də seçki məntəqələrinə gedəcəklərini və Elşad Həsənova səs verəcəklərini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR