İraqda terrorçu özünü partladıb, 6-sı hərbçi olmaqla 8 nəfər ölüb

İraqda terrorçu özünü partladıb, 6-sı hərbçi olmaqla 8 nəfər ölüb
# 11 noyabr 2014 21:42 (UTC +04:00)

Bakı-APA. İraqın Bayci şəhərində terrorçu-kamikadze özünü partladıb, nəticədə 6-sı hərbçi olmaqla 8 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terrorçu şəhər küçələrinin birində toplaşmış hərbçilər və yerli sakinlərə hücum edərək partlayıcı qurğunu işə salıb.

Bundan əvvəl İraq hərbçiləri ölkənin ən iri neft emalı zavodunun yerləşdiyi Bayci şəhərinin mərkəzini “İŞİD” silahlılarından təmizləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR