“TuranBank” aktivlərini artırıb

“TuranBank” aktivlərini artırıb
# 18 avqust 2014 08:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2014-cü ilin II rübündə “TuranBank”ın aktivlərinin həcmi 283,739 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,5% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 13% artaraq 202,012 mln. manat olub.

Bu il iyul ayının 1-nə istehlak kreditlərinin həcmi 33,908 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 43% çoxdur.

Bu ilin I yarısında bankın ipoteka kreditlərinin həcmi 26,331 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 58,91% çoxdur və kreditlərin 16,003 mln. (60,8%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bu ilin 6 ayında bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 41,87% artaraq 7,980 mln. manat olub.

Bankın depozit portfeli hesabat dövrü ərzində 27,5% artaraq 125,600 mln. manata çatıb. İyulun 1-nə əhalinin əmanətlərinin həcmi isə 91,434 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 20,5% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 20,82 % artaraq 52,958 mln. manata çatdığı halda, nizamnamə kapitalı 17,5 % artaraq 47,002 mln. manat təşkil edib.

Bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 19,3% artaraq 15,661 mln. manat, xərcləri isə 15,2% artaraq 12,060 mln. manata çatıb.

Bu ilin ilk altı ayı ərzində bankın əldə etdiyi mənfəət 3,601 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 13 filialı, 21 bankomatı, 174 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR