Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı kralına başsağlığı verib

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı kralına başsağlığı verib
# 23 sentyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səuda məktub göndərib.

QMİ-dən APA-ya verilən məlumata görə, məktubda bildirilir ki, müqəddəs Məkkeyi-Mükərrəmədə Məscidül-Həramda baş vermiş faciə nəticəsində çoxsaylı insan tələfatı xəbəri Şeyxülislamı sarsıdıb:

“Azərbaycan müsəlmanları və şəxsən öz adımdan Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, faciə qurbanlarına Allahdan rəhmət diləyir, yaralılara şəfaət, bütün müsəlmanlara səbr və dəyanət arzulayıram. Uca Allah yardımçınız olsun! Amin!”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR