SOCAR Sumqayıt Kimya Sənaye Parkı ilə müqavilə imzalayıb

SOCAR Sumqayıt Kimya Sənaye Parkı ilə müqavilə imzalayıb
# 30 sentyabr 2015 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sumqayıt Kimya Sənaye Parkının idarəedici təşkilatı olan “Sumqayıt Kimya Sənaye Parkı” MMC ilə sənaye parkının rezidenti olan “SOCAR Polymer” MMC arasında müqavilə imzalanıb.

APA-Economics”in “Sumqayıt Kimya Sənaye Parkı”na istinadən verdiyi məlumata görə, sənəd “SOCAR Polymer” MMC-nin fəaliyyət xüsusiyyətləri nəzərə alınaraq “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən dəstək tədbirlərini nəzərdə tutur.

Sumqayıt Kimya Sənaye Parkının sayca ikinci rezidenti olan “SOCAR Polymer” MMC 2013-cü ildə yaradılıb və həmin ildən də şirkətə sənaye parkının rezidenti statusu verilib.

Sumqayıt Kimya Sənaye Parkının 30 hektar torpaq sahəsində “SOCAR Polymer” MMC-nin İtaliyanın “Technimont” şirkəti tərəfindən layihələndirilən, ildə 200 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen (HDPE) istehsal edəcək zavodları fəaliyyət göstərəcək. Layihəyə əsasən, 2017-ci ilin sonunda polipropilen zavodunun, 2018-ci ilin sonunda isə polietilen zavodunun istismara verilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR