Azərbaycan XİN rəhbərinin müavini: “Ermənistanı sülhə vadar etmək üçün beynəlxalq ictimaiyyət ikili standartlara son qoymalıdır”

Azərbaycan XİN rəhbərinin müavini: “Ermənistanı sülhə vadar etmək üçün beynəlxalq ictimaiyyət ikili standartlara son qoymalıdır”
# 21 may 2015 08:25 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı X. Xələfov Azərbaycan-Kanada ikitərəfli münasibətlərin inkişafı baxımından parlamentlərarası münasibətlərin mühüm yer tutduğunu bildirərək, əməkdaşlığın müxtəlif sahələrində, xüsusilə iqtisadi sahədə inkişafı üçün geniş imkanların olduğunu deyib.

Regional inkişaf və inteqrasiyaya başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlar prosesinin son durumu barədə məlumat verən nazir müavini qeyd edib ki, bu prosesdə dağıdıcı mövqe tutan Ermənistanı sülhə vadar etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən ikili standartların tətbiqinə son qoyulmalı və ədalətli mövqe sərgilənməlidir. X. Xələfov bildirib ki, NATO üzvü olan Kanada bu prosesdə fəal olmalıdır və Kanada şirkətlərinin işğal edilmiş Azərbaycan ərazilərində fəaliyyətinə yol verilməməlidir.

Azərbaycana dördüncü dəfə səfər etdiyi bildirən B.Devolin ölkəmizin gündən-günə inkişafı və tərəqqisinin onda xoş təəssüratlar oyatdığını qeyd edərək, Kanada ilə Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı baxımından mövcud potensialın konkret layihələrdə əks olunmasının faydalı olacağını qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR