Azərbaycanın sığorta bazarının 70%-i könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 70%-i könüllü formalaşıb
# 14 aprel 2015 13:26 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 69,1%-i və ya 93,1 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 41,7 mln. manat və ya bazarın 30,9%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4% böyüyüb.

3 ay ərzində ümumi ödənişlərin 72,5%-i və ya 25,9 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 30,5% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 9,8 mln. manat və ya ümumi bazarın 27,5%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 22,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR