Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTOSESSİYA - VİDEO

Gəncədə zəncirvari qəza baş verib, xəsarət alanlar var - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 mart 2015 15:11 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 16.00 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 23 yaşlı İlkin Hüseynov idarə etdiyi VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı iki minik avtomobilinə və “Ford” markalı yük avtomobilinə çırpılıb.

VAZ 2106-nın sürücüsü yüngül xəsarət alıb. Onun sərnişini, 28 yaşlı Sadiq Bağırov isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər Baş polis idarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR