BMT: Ukraynada məcburi köçkünlərin sayı 1 milyon 381 min nəfərə çatıb

BMT: Ukraynada məcburi köçkünlərin sayı 1 milyon 381 min nəfərə çatıb
# 14 iyul 2015 21:08 (UTC +04:00)

Bakı-APA. İyunun sonundan Ukraynada məcburi köçkünlərin sayı 24 min nəfər artaraq 1 milyon 381 min 953 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məruzəsində bildirilir.

Son hesablamalara əsasən, 922 min 651 ukraynalı qonşu ölkələrə üz tutub. Bu isə ötən həftə ilə müqayisədə 22 min çoxdur. “Münaqişə başladığı dövrdən 2,3 milyon Ukrayna vətəndaşı daimi yaşayış yerini tərk etmək məcburiyyətində qalıb”, sənəddə qeyd olunur.

Bundan başqa, BMT İnsan Hüquqları üzrə Ali Komissarı İdarəsinin məlumatına görə, bu günədək Ukraynanın şərqində silahlı münaqişə nəticəsində azı 6 764 nəfər həlak olub, 16 877 nəfər isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR