Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - VİDEO

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - <span style="color: red;">VİDEO
# 14 iyul 2014 15:06 (UTC +04:00)

Bakı-APA. Romada Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

APA-nın məlumatına görə, İtaliya prezidentinin sarayının həyətində prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan nümayəndə heyətinin üzvləri Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri isə prezident İlham Əliyevə təqdim edilib. Prezidentlər rəsmi foto çəkdiriblər.

Sonra dövlət başçılarının geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa Birliyi-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb, habelə Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa Birliyində sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra C. Napolitanonun adından Azərbaycan prezidentinin şərəfinə nahar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR