Rəsmi Bakı Azərbaycan vətəndaşının girov götürülməsi barədə məlumatı aydınlaşdırmaq üçün BQXK-ya müraciət edib - VİDEO

Rəsmi Bakı Azərbaycan vətəndaşının girov götürülməsi barədə məlumatı aydınlaşdırmaq üçün BQXK-ya müraciət edib - <span style="color: red;">VİDEO
# 12 iyul 2014 08:09 (UTC +04:00)

BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, müraciətdə məlumat təsdiqini taparsa, BQXK-dan öz mandatına uyğun prosedurları həyata keçirmək xahiş olunub: “BQXK neytral vasitəçi olaraq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan mülki şəxslərə və hərbi əsirlərə baş çəkir, onların şəraiti ilə maraqlanır və ailələri ilə əlaqə yaradır”.

Qeyd edək ki, Ermənistan bir Azərbaycan vətəndaşının girov götürülməsi haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxs Tərtər rayon sakini Quliyev Şahbaz Cəlal oğludur. Onun Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilir.

Erməni mediası girov götürülmüş şəxsin fotolarını da yayıb. Fotolarda Ş.Quliyevin mülki geyimdə olduğu görünsə də, erməni tərəfi onun kəşfiyyatçı olduğunu iddia edir.

Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı yaydığı açıqlamada bildirib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR