Bank Of Baku

Minimum saatlıq əməkhaqqı ilk kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunacaq

Minimum saatlıq əməkhaqqı ilk kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunacaq
# 11 noyabr 2026 11:46 (UTC +04:00)

"Minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir".

“APA-Economics” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur:

“Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur. Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir. İlkin mərhələdə təkcə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələri əhatə olunması nəzərdə tutulur. Təbii ki, bu bununla məhdudlaşmır, bu gələcəkdə daha çox sahələri də əhatə edə bilər”.

Nazir müavini vurğulayıb ki, təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR