Bank Of Baku

Moskvada kilsədə insanlara hücum olub, hücum edən şəxs güllələnərək öldürülüb

Moskvada kilsədə insanlara hücum olub, hücum edən şəxs güllələnərək öldürülüb
# 01 sentyabr 2026 14:40 (UTC +04:00)

Moskvada kilsədə insanlara hücum olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, insident Moskvanın Maryino rayonunda baş verib.

Əlində kürək olan bir nəfər kilsədən çıxan insanlara hücum edib və sonra çağırışa cavab verən təcili yardım işçisinin başına kürəklə zərbə endirib.

Təcili yardım işçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hücum edən şəxsi kilsəyə gələn bir nəfər odlu silahla vuraraq öldürüb.

Silahlı şəxs polis tərəfindən saxlanılıb.

İlkin məlumatlara görə, kürəklə insanlara hücum edən şəxs ruhi əsəb dispanserində qeydiyyatda olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR