Şirvanın mədəniyyət kollektivi beynəlxalq “Anadolu günləri-11” festivalında iştirak edib

Şirvanın mədəniyyət kollektivi beynəlxalq “Anadolu günləri-11” festivalında iştirak edib
# 19 sentyabr 2014 10:38 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı - APA. Şirvan şəhərinin mədəniyyət kollektivi beynəlxalq “Anadolu günləri-11” festivalında iştirak edib. Kollektiv Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən təşkil olunan beynəlxalq “Anadolu günləri-11” festivalında Azərbaycanı təmsil edib.

Şirvan Mədəniyyət Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Ankaranın Etimesqut bələdiyyəsi tərəfindən hər il beynəlxalq “Anadolu günləri” adlı mədəniyyət və incəsənət festivalı təşkil edilir.

Festivalın keçirilməsində məqsəd türk dünyasının qardaşlıq, birlik, bərabərlik və mədəniyyət bağlılıqlarını daha da inkişaf etdirmək, milli mədəniyyətləri əsas götürərək ortaq türk mədəniyyətinə sahib çıxmaq, dünyaya tanıtmaq, həmçinin türk mədəniyyətinin tənəzzülə uğramasının, bayağılaşmasının, assimilyasiya olunmasının qarşısını almaqdır. Ankarada sayca 11-ci beynəlxalq “Anadolu günləri” festivalının keçirilməsi qaydalarına görə hər gecə bir türk dövlətinə həsr olunur. Festivalın sonuncu gecəsi “Azərbaycan gecəsi” adlandırılıb.

Şirvan şəhərindən Ankaraya festivalda iştirak etmək üçün iyirmi nəfərlik nümayəndə heyəti gedib. Nümayəndə heyətində Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov da təmsil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR