FHN-nin Cənub Regional Mərkəzində məşq keçirilib - FOTO

FHN-nin Cənub Regional Mərkəzində məşq keçirilib - <span style="color: red;">FOTO
# 04 iyul 2014 16:39 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin (CRM) hazırlıq planına əsasən iyulun 4-də "TOPLANIŞ" siqnalı ilə "Mərkəzin qüvvə və vasitələrinin dinc dövrdə hazırlıq dərəcələrinə gətirilməsi" mövzusunda məşq keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, əsas məqsədi şəxsi heyətin hazır vəziyyətə gətirilməsi, döyüş hazırlığının və peşə qabiliyyətlərinin yoxlanılması, baş vermiş təbii və ya texnogen fövqəladə hadisələrə çevik reaksiya verilməsi, hadisə yerinə cəlb olunacaq aidiyyəti qurumların vaxtında xəbərdar edilməsi və baş vermiş fövqəladə hadisələr zamanı düzgün qərar qəbuletmə bacarığının aşılanmasından ibarət olan məşqə mərkəzin bütün rəhbər, zabit və çavuş heyəti, eləcə də 1 ədəd “Mercedes-Bens Sprinter” markalı xüsusi xilasetmə avtomobili və 2 ədəd “Chevrolet-Niva” avtomobili cəlb olunub.

Məşq üç mərhələdə keçirilib. Mərkəzə daxil olan əməliyyat məlumatına əsasən şərti olaraq baş vermiş subasma hadisəsinin nəticələrinin aradan qaldırılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zamanı CRM-də idarəetmənin, qarşılıqlı fəaliyyətin təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin həyata keçirilməsi, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilib. Yekunda mərkəzin struktur bölmələrinin fəaliyyəti və çatışmazlıqlar haqqında ətraflı müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR