Xaçmazda kütləvi dava baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - VİDEO

Xaçmazda kütləvi dava baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb - <span style="color: red;">VİDEO
# 23 iyul 2014 22:46 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.

Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR