Lənkəranda "Vaz" markalı avtomobilin kanala düşməsi nəticəsində sürücü yaralanıb

Lənkəranda "Vaz" markalı avtomobilin kanala düşməsi nəticəsində sürücü yaralanıb
# 03 iyun 2015 00:27 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Sütəmurdov kəndində “VAZ” markalı minik avtomobili kanala düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR