Gəncə şəhər sakini kimyəvi məhlul içərək zəhərlənib

Gəncə şəhər sakini kimyəvi məhlul içərək zəhərlənib
# 03 sentyabr 2014 13:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini Aynurə Seyidova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal tibbi yardım göstərilən 26 yaşlı A. Seyidovanı xilas etmək mümkün olub. Araşdırma zamanı məlum olub ki, 1988-ci il təvəllüdlü qadın yaşadığı evdə azyaşlı uşaqlarına əsəbiləşdiyindən sirkə turşusu içib.

Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR