Azərbaycanda qanunsuz əməlləri ifşa edilən 3 şəxs barəsində cinayət işi başlanılıb

 Azərbaycanda qanunsuz əməlləri ifşa edilən 3 şəxs barəsində cinayət işi başlanılıb
# 06 oktyabr 2015 13:42 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşı tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etdikləri məlum olub. Belə ki, 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apararaq istifadə müddəti bitmiş ərzaq məhsulu satışına görə mağaza sahibini külli miqdarda cərimə etməmək və bu barədə aidiyyəti təşkilatlara məlumat verməmək müqabilində təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş etdirməklə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Belə hallarla qarşılaşan vətəndaşlardan bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR