Fransa aeroportlarının dispetçerləri tətil keçirəcək - VİDEO

Fransa aeroportlarının dispetçerləri tətil keçirəcək - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 23:17 (UTC +04:00)

Bakı-APA. Fransada hava limanı dispetçerləri iyulun 2-si və 3-də tətil keçirəcəklər.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dispetçərlərin Həmkarlar İttifaqı təşkilatı (SNCTA) bildirib.

Məlumatda qeyd olunur ki, Fransanın Mülki Aviasiya İdarəsi və digər müvafiq instansiyalarla aparılan danışıqlar heç bir nəticə verməyib.

Tətil ölkədə kütləvi məzuniyyət dövrünün başlanmasına təsadüf edir. Bu səbəbdən Mülki Aviasiya İdarəsi aviaşirkətlərə tətil günləri uçuşların azaldılması ilə bağlı təkliflə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR