YAP-çı gənclər Brüsseldə görüşlər keçiriblər - FOTO

YAP-çı gənclər Brüsseldə görüşlər keçiriblər - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 15:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, eləcə də partiyanın gənc üzvləri Orxan Hüseynzadə və Şəmsi Bayramzadə Brüsseldə səfərdədirlər.

YAP Gənclər Birliyindən APA – ya verilən məlumata görə, səfərin birinci günündə onlar Avropa Parlamentində bir sıra görüşlər keçiriblər.

Əvvəlcə Avropa Parlamentinin Macarıstandan olan deputatı Gyorgi Şöpflinlə görüş keçirilib. Görüşdə Avropa Xalq Partiyası ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonra Avropa Parlamentinin Genişlənmə və Avropa İqtisadi Məkanı idarəsinin rəhbəri, Cənubi Qafqaz üzrə ekspert Tomas Grunertlə görüş olub. Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivləri və regional məsələlər müzakirə edilib.

YAP üzvləri həmçinin Azərbaycan Təhsil, Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin (AzeDer) dəstəyi ilə Avropa Parlamentində təcrübə keçən 13 azərbaycanlı gənclə görüşüblər, onlarla fikir mübadiləsi aparıblar.

Daha bir görüş Vilfred Martens adına Avropa Araşdırmaları Mərkəzində tədqiqat direktoru Roland Froydenşteynlə olub. Görüşdə beynəlxalq münasibətlər, Azərbaycan-Aİ münasibətləri, Şərq Tərəfdaşlığı kimi məsələlər ətrafında müzakirələr aparılıb.

Səfərin ikinci günü isə Avropa Parlamentinin Yunanıstandan olan deputatı Notis Mariasla görüşlə başlayıb. Görüşdə Yunanıstanın Cənubi Qafqazdakı rolu, Azərbaycanla Yunanıstan arasındakı münasibətlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR