Bakıda məcburi köçkünlərin məskunlaşdığı inzibati binada yanğın olub

Bakıda məcburi köçkünlərin məskunlaşdığı inzibati binada yanğın olub
# 15 avqust 2014 20:55 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 600 kv.m olan inzibati binanın 1-ci mərtəbəsində məcburi köçkünlərin məskunlaşdığı otaqda baş verib. Nəticədə, otaqda ev əşyaları və taxta konstruksiyalardan ibarət arakəsmə 25 kv.m sahədə yanıb. Otaqların qalan hissəsi və bina yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR