Ötən ay təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 548 fakt aşkarlanıb - VİDEO

Ötən ay təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı 548 fakt aşkarlanıb - <span style="color: red;">VİDEO
# 11 oktyabr 2014 10:51 (UTC +04:00)

Bunu APA TV-yə müsahibəsində Azəriqaz İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev deyib: "Çox təəsüf ki, il ərzində minlərlə belə fakta rast gəlinir. Baxmayaraq ki, KİV-də bununla bağlı maarifləndirici matreallar nümayiş olunur, reklam və sosial çarxlar yerləşdirlir, abonenetlər bu məsələyə dırnağarası yanaşırlar".

Araz Ağayevin sözlərinə görə, tüstü bacalarının vaxtında təmizlənməməsi, qeyri-standart qaz cihazlarından istifadə, mətbəx və hamam otaqlarında tikinti normalarının pozulması bədbəxt hadisələrə yol açır: "Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarında istehlakçıların vəzifələri sadalanır. Bu vəzifələrdən biri də tüstü bacalarının normal şəkildə işləməsidir. Vətəndaşlar tərəfindən bütün qaz qurğuları onların texniki pasportlarında göstərilmiş şərtlərə uyğun olaraq təhlükəsiz istismar olunmalıdır. Bundan başqa, tüstü bacaları və havadəyişmə xətlərinin normal işləməsi üçün vaxtında tədbirlər görülməlidir. Təəssüf ki, bu tədbirlər vaxtında görülmür".

“Azəriqaz” sözçüsü qış aylarında dəm qazından zəhərlənmə hallarının artmasını əhalinin təhlükəsizlik tədbirlərinə riayət etməməsində görür. Onun sözlərinə görə, hamam otaqlarında lazımi normativlər daha tez-tez pozulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR