Mobil cihazların qeydiyyatının elektron formada təşkili üzrə işlər aparılır

Mobil cihazların qeydiyyatının elektron formada təşkili üzrə işlər aparılır
# 26 iyul 2014 09:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin birinci yarısında daşınan nömrələrin sayı təxminən 6000-ə qədər olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlarлa birgə işlər davam etdirilir.

Bu barədə “APA-Economics”ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Qeyd edilən dövrdə mobil cihaz qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 13 977,8 min ədəd cihaz qeydiyyata alınıb. İtirilmiş telefon cihazlarına 2 568 ədəd məhdudiyyət tətbiq olunub və onlardan 488-i aradan qaldırılıb.

Bununla yanaşı, “Elektron hökumət” portalı üzərindən mobil cihazların qeydiyyata alınması təmin edilib və hazırda mobil cihazların qeydiyyatının elektron formada təşkil edilməsi ilə bağlı müvafiq işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR