Tovuz sakinini ilan sancıb - VİDEO

Tovuz sakinini ilan sancıb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2015 09:07 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz sakinini ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Röyal İsmayılov sol ayağının ilan sancması yarası ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, R. İsmayılov şəxsi təsərrüfatında işləyərkən ilan onu sancıb.

Qeyd edək ki, son 3 ayda Tovuzda 15-dən çox adamı ilan sancıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR