Millət vəkili: "Manatın yumşaq devalvasiyasına keçmək lazımdır"

Millət vəkili: "Manatın yumşaq devalvasiyasına keçmək lazımdır"
# 02 oktyabr 2015 09:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Azərbaycan manatın yumşaq devalvasiyası prosesinə keçmək lazımdır".

"APA-Economics"in xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

V. Əhmədovun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin layihəsində manatın dollara qarşı məzənnəsi 1,05 manat səviyyəsində müəyyənləşib.

"Cari ilin fevralın 21-də baş verən devalvasiyadan sonra manat təxminən 35% ucuzlaşdı. Nəticədə əhali narahat olmağa başladı. İndi vəziyyət düzəlibmi? Azərbaycan Mərkəzi Bankı valyuta bazarına hələ də müdaxilə edir, intervensiya aparır. Devalvasiyadan qabaq Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard manat idisə, hazırda 7,4 milyard manata enib. Ötən müddət ərzində Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Aparılan intervensiya valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. Hesab edirəm ki, manatın məzənnəsinin bazar qiymətləri əsasında tənzimlənməsinə başlanılmalıdır. Əgər bu addım atılmasa, ciddi problemlərlə üzləşə bilərik", - deyə millət vəkili bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR