Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət Komitəsinin iclası keçirilib
# 19 sentyabr 2014 10:07 (UTC +04:00)

Bakı. Musa Əhmədov-APA-Economics. Azərbaycan Milli Məclisi İqtisadi siyasət Komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

APA-Economics”in məlumatına görə, komitə sədri Ziyad Səmədzadə yaz və növbədənkənar sessiyalar zamanı görülən işlər barədə məlumat verərək bildirib ki, sessiyalar müddətində komitədə 51 qanun layihəsi müzakirə olunub.

Onun sözlərinə görə, yaz sessiyasında komitə üzvləri kifayət qədər fəallıq göstərib, respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edib.

Komitə sədri payız sessiyasının qanunvericilik işləri planı barədə danışarkən deyib ki, 32 qanun layihəsinə dəyişiklik, eləcə də, bir neçə həftə sonra 2015-ci ilin dövlət büdcəsinin müzakirəsi komitənin görəcəyi işlərə daxildir.

Z. Səmədzadə sessiya müddətində qanun layihələrinin parlamentin plenar iclasına təqdim ediləcəyini bildirib.

Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub. Layihələrin Milli Məclisin plenar sessiyasının müzakirəsinə çıxarılması qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR