Gəncə çayının təmizlənməsi aksiyası - FOTO

Gəncə çayının təmizlənməsi aksiyası - <span style="color: red;">FOTO
# 17 mart 2015 08:39 (UTC +04:00)

Bakı-APA. Çayların mühafizəsi üzrə Beynəlxalq Gün ilə əlaqədar IDEA İctimai Birliyi (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq), Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə martın 14-də Gəncə çayının təmizlənməsi üzrə ictimai aksiya təşkil edib.

IDEA İctimai Birliyindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində IDEA İctimai Birliyinin sanitar normalara uyğun ləvazimatlarla təchiz olunmuş 100-ə yaxın könüllüsü tərəfindən Gəncə çayının məişət tullantılarından təmizlənməsi həyata keçirilib.

Bununla yanaşı, çayın sahillərində yaşayan insanlara və burada fəaliyyət göstərən ictimai iaşə müəssisələrinə Gəncə çayının təmiz saxlanılmasının əhəmiyyəti və çirkləndirilməsinin fəsadları barədə xüsusi hazırlanmış bukletlər paylanıb, müvafiq izahatlar verilib.

Tədbir şəhər ictimaiyyət, mətbuat və inzibati qurumlar tərəfindən xüsusi maraqla qarşılanıb və təqdirəlayiq aksiya kimi qiymətləndirilib.

Layihənin məqsədi təbii balansın saxlanılmasında və insan həyatında xüsusi rol oynayan çayların mühafizəsində cəmiyyətin səfərbər edilməsi, ərazinin ekoloji tarazlığının bərpası, ətraf mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR